Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: 48 min nəfər evdə, 8 mindən çox insan isə xəstəxanalarda müalicə alır
Koronavirus xəstələri

“Yoluxma o həddə çata bilər ki, tibbi ehtiyacı olan insanlar kənarda qalar”.

Bizimyol.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu gün ölkədə aktiv koronavirus xəstələrinin sayı 56 min nəfərdən çoxdur: “Hətta yüngül simptomu olanlar da var. 48 min nəfər evdə, 8 min nəfərdən çox insan isə xəstəxanalarda müalicə alır. Gündəlik yoluxma 4,5 min nəfərdir. Koronavirusun dünyada, qonşu ölkələrdə artma tendensiyasını nəzərə alaraq, Azərbaycanda da bu sahədə qaydaların sərtləşdirilməsi barədə qərar qəbul edilib. Məqsəd Azərbaycanda yoluxma və ölüm hallarının azaldılmasıdır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, peyvəndin tətbiqinə qədər yoluxmanın azaldılması ilə bağlı tədbirlər həyata keçirilməlidir : “Ermənistanın təcavüzündən - sentyabrın 27-dən səhiyyə sistemi iki cəbhədə fəaliyyət göstərib. 919 əsgər və zabitimizin tibbi müəssisələrdə müalicəsi davam etdirilir, digər tərəfdən, həkimlərimiz koronaviruslu xəstələrin müalicəsi ilə məşğuldur”.

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
››› Yanvarın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »