Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: ““Yaxınlarımızda koronavirusun doğurduğu faciəvi halların şahidi oluruq”
Hikmət Hacıyev

“Dünya miqyasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 60 milyon nəfəri ötüb, ölənlərin sayı milyonu keçib”.

Bizimyol.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, pandemiya sosial problemlərə, yoxsulluq və işsizliyə də yol açıb: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasında da bu məsələlər müzakirə olundu”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda koronavirusun yayılma sürəti narahatlıq doğurur: “Yaxınlarımızda ölüm və koronavirusun doğurduğu faciəvi halların şahidi oluruq. Bu da ölkə ictimaiyyətini ciddi surətdə narahat edir, sərtləşdirici tədbirlərin tətbiqi barədə müraciətlər var”.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »