Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2020-ci ildə Rusiyada 40-dan çox terror hücumunun qarşısı alınıb
FSB Rusiya

Bu il Rusiyada xüsusi xidmət və hüquq-mühafizə orqanları 40-dan çox terror hücumunun qarşısını alıb, 49 yaraqlı məhv edilib və 36 dəstə lideri saxlanılıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikovun rəhbərliyi ilə Terrorla Mübarizə Milli Komitəsinin və Federal Əməliyyat Qərargahının birgə iclasında məlumat verilib.

İclasda çıxış edən Bortnikov bildirib ki, hüquq-mühafizə orqanlarının koordinasiya olunmuş fəaliyyəti nəticəsində bu il Rusiyada terror aktlarının qarşısı alınıb.

Hazırlıq mərhələsində olan 41 terror hadisəsi daxil olmaqla 61 terror cinayətinin qarşısı alınıb. ​​

Terrorla mübarizə əməliyyatlarında 8 lider olmaqla 49 terrorçu zərərsizləşdirilib. 36 dəstə lideri, 162 döyüşçü və terrorçularla əlbir olan 591 şəxs saxlanılıb.

Bundan əlavə, təxminən 600 odlu silah, kustar üsulla hazırlanmış 134 partlayıcı qurğu, 100 mindən çox patron, 3 mindən çox mina, əl bombası və digər sursat ələ keçirilib.

Silah istehsalı və konversiyası üçün 50 qanunsuz emalatxana bağlanıb.(apa)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
Son xəbərlər
Bütün xəbərlər »