Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Texniki Universitetin kafedra müdiri koronavirusdan vəfat edib
Yas - dəfn - ölüm

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, Hüseyn Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.

1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib.

2011-ci ildə yenidən bu vəzifəyə müsabiqə yolu ilə seçilərək ömrünün sonuna kimi işini davam etdirib.

120-dən artıq elmi əsərin, ali məktəb tələbələri üçün 2 dərslik, 4 dərs və metodiki vəsait, abituriyentlər üçün 1 test kitabının müəllifidir.

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak edib.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Azad edilən torpaqlar necə məskunlaşacaq: Əkin sahələrini yenə də məmurlar ələ keçirəcəkmi...
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »