Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NK: “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilib
Nazirlər Kabineti

Nazirlər Kabinetinin Qərarlarına “Aqroservis” ASC ilə bağlı dəyişikliklər edilib.

Bizimyol.info xəbər verir ki, NK-nın mətbuat xidmətindən verilən məlumata görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Həmin Fərmana əsasən, cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarını, lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edən, aqrotexniki xidmətlər göstərən və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.

Qeyd ediləni nəzərə alaraq Nazirlər Kabinetinin Qərarlarına müvafiq dəyişikliklər edilib.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »