Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah (dekabrın 9-da) Azərbaycana səfər edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə TRT haber mətbuat verib.
Prezident Ərdoğanın Bakı səfəri 2 gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Prezidentlər atəşkəs prosesini ətraflı qiymətləndiriləcəklər.
Dövlət başçıları atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Birgə mərkəz üçün fəaliyyətlər müzakirə ediləcək.
Danışıqlar zamanı Türkiyə və Azərbaycan qiymətləndirmələrin aparılması üçün birlikdə addımlar atacaqlar.