Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu gün baş verənlərin bilavasitə günahkarı Ermənistandır və buna görə məsuliyyəti Ermənistan daşıyır”-Deputat
Ara Ayvazyan

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan brifinqdə “Artsaxın müvəqqəti işğal edilmiş rayonları” ifadəsi işlədib.

Həmçinin, erməni nazir iddia edib ki Azərbaycan terrorçuları və muzdluları Qarabağa köçürüb.

Azərbaycan və Türkiyə Dağlıq Qarabağ bölgəsinə muzdluların gətirilməsinı dair iddiaları bundan əvvəl qətiyyətlə rədd ediblər.

Belə iddiaları irəli sürənlərin sübut göstərmədikləri vurğulanıb.

Milli Məclisin Cəbrayıl rayonundan deputatı Ceyhun Məmmədov Bizimyol.info-ya bildirib ki, Ermənistan XİN rəhbərinin açıqlaması beynəlxalq hüquqa ziddir və iddiaları əsassızdır.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

“Bu onu göstərir ki, Ermənistan uğradığı məğlubiyyətlə barışmaq istəmir. Bu gün baş verənlərin bilavasitə günahkarı Ermənistandır və buna görə məsuliyyəti Ermənistan daşıyır. Ermənistan ikinci Qarabağ müharibəsi başlayan dövrdən Azərbaycanın qələbəsini müxtəlif formalarda yozmağa çalışırdı. Rəsmi Yeravan iddia edirdi ki, guya Türkiyə Qarabağa muzdlular gətirib, onlar da Azərbaycan tərəfindən döyüşüb, Azərbaycanın qələbə çalmasının əsas səbəbi budur.

Erməni nazirin açıqlamaları birinci Ermənistanın daxili auditoriyasına, ikincisi xaricdən diqqəti Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə hesablanıb.

Həm öz auditoriyasına, həm də xaricə bildirmək istəyir ki, qələbəni guya Azərbaycan ordusu yox, terrorçular və muzdlular qazanıb. Bu məlum məsələdir, ortada faktlar var Azərbaycan dəfələrlə Ermənistandan xarici tərəfdaşlardan Azərbaycanla bağlı faktları istədi və bizim əlimizdə konkret faktlar var, əsirlər var hansı ki başqa ölkədən gəliblər onların pasportları var. Azərbaycan onu xarici ölkələrə də təqdim edib ki, baxın sizin vətəndaşlar Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşub. Ancaq onunla bağlı biz heç bir reaksiyanı görmürük. Həqiqətən bu onu bir daha göstərir ki, Ermənistan xalqı ağıllanmayıb, yenə də əvvəlki xülyalarla yaşayır və sərsəm bəyanatlar verməyə davam edir. Biz Paşinyanın da bir neçə gün bundan əvvəl Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi Təşkilat üzvləri olan ölkələrinin tədbirində də bu cür sərsəm bəyanatları biz eşitdik, gördük. Reallıq ondan ibarətdir ki, Ermənistan anlamalıdır ki, bu siyasətə son qoymalıdır.

Prezident öz çıxışlarında bir neçə dəfə deyibdir, əgər Ermənistan ağıllanmasa, əvvəkli dövrlərdə baş verənlərdən nəticə çıxarmasa Azərbaycanın daha sərt yumruğu ilə üzləşəcək.

Ermənistan rəhbərliyinin bu cür bəyanatları verməsi 3 ölkə arasında imzalanmış razılaşmanın ruhuna da ziddir və eyni zamanda hazırda planlaşdırılan işlərə də xələl gətirir. Yəni Ermənistan anlamalıdır ki, qeyd etdiyimiz kimi bu siyasət Ermənistana heç nə gətirməyib, yalnız bədbəxtlik bəxş edib. Ermənistan bu müddətdə yalnız itiribdi və indi Ermənistana yeni şans verilir, Ermənistan bu şansdan istifadə erməlidir.

Bu göstərir ki, Ara Ayvazyan da sələflərinin yolu ilə gedir. Ermənistan hakimiyyəti, Ermənistanın hazırki rəhbərliyi öz məsuliyyətini dərk etmir, xalqı yenə uçuruma aparmaq da davam edir və bu təfəkkürlə, bu yanaşma ilə Ermənistan xalqı daha ağır itkilərə məruz qalacaq və daha da tənəzzülə uğrayacaq”,-deputat bildirib.

C.Məmmədov qeyd edib ki, Azərbaycan birgə yaşayış modelini təqdim edir, regionun inkişafını təqdim edir, kommunikasiyaların açılmasını birgə müştərək regional layihələrin nəzərdən keçirilməsini təklif edir və burada əsas məqsəd regiona olan təhdidləri aradan qaldırmaq, regionun inkişafını təmin etməkdir: “Bu gün əsas məqsəd və hədəf budur və Ermənistan da bunu anlayaraq Rusiyanın dəstəyini, Türkiyənin burada iştirakını qiymətləndirərək çalışmalıdır ki, ümumi razılaşmaya tam əməl etsin və bu, regionun inkişafına ən azından mane olmasın. BMT-nin qəbul edib qətnamələr var ki, bu torpaqlar Azərbaycanındır. Ermənistan XİN rəhbərinin “müvəqqəti işğal edilmiş rayonlar” ifadəsi absurddur. Qarabağ Azərbaycan torpaqlarıdır, Azərbaycan əraziləridir, Azərbaycan öz ərazilərini işğaldan azad edib və bununla bağlı Ermənistana dəfələrlə təkliflər vermişdir ki, bu torpaqları işğaldan azad etsin. Qeyd etdiyimiz kimi Ermənistan bunu etmədi və bu gün də etmədiyinə görə bunun faciəsini yaşayır. Hələ uzun müddət Ermənistanda sabitlik olmayacaq, çoxlu sayda onların ölmüş əskərləri var, itkinləri var. Yaxşı olardı ki Ermənistanın siyasi hakimiyyəti daha çox gələcəyə uzaqgörən baxsınlar və keçmişdə baş verənlərdən nəticə çıxarsınlar ki, eyni facilələri yenidən yaşamasınlar”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »