Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirus tüğyanı, dərman qıtlığı, test mafiyası və çökən sistem...
Karantin koronavirus maska dezinfeksiya

Azərbaycanda tibb mütəxəsissləri bir neçə gün əvvə bəyan ediblər ki, yoluxma sayı belə davam edərsə, xəstəxanalarda yer qalmayacaq. Bir neçə gün öncə Ucardan bir izləyicimiz şikayət yazmışdı ki, Ucar rayon xəstəxanasından mənə dedilər ki, başınızın çarəsinə baxın.

“Yer yoxdur. Xəstəxana qabağında dərman növbəsinə duran insanların sayı hesabı yox idi. Yalnız o insanlara pulsuz koronavirusa qarı dərmanlar verilir ki, onlar test olunub və test nəticələri pozitiv çıxıb. Heç yerdə qeydiyyata düşməyərək, evdə müalicə almaq istəyənlərə təbii ki dərman verilmir. Öz hesabına almalı olurlar. Bu da ən az 400 manata başa gəlir”. Daxil olan yüzlərlə şikayətin demək olar ki hamısı eyni məzmundadır.

Ölkənin bəzi yerlərində yeni xəstələnənlər üçün artıq xəstəxanalarda yer olmadığı, bəzən isə xəstələrin xəstəxana dəhlizlərində müalicə olunduğu bildirilir.

Azərbaycanda koronavirusun müalicəsində effektiv dərman kimi tanınan bəzi dərmanlar apteklərdə yoxdur. Bakı sakinləri yaxınları üçün koronavirusa qarşı Azərbaycan həkimlərinin effektiv hesab etdiyi bir neçə dərmanın tapılmadığını və qara bazarda normadan çox baha qiymətə satıldığını deyiblər.

Tanınmış nevropotoloq Qalib Əsədov hələ iyul ayında digər ölkələrdə koronavirusa yoluxmuş xəstələrin müalicəsində geniş şəkildə istifadə edilən dərmanların Azərbaycanda satışda olmaması problemini gündəmə gətirmişdi. Niyə bütün ölkələrdə antiviral dərmanlar (Favipiravir, Hidroksixlorxinin, lap elə Tamflyu) apteklərdə rahat satışda olduğu halda bizdə yoxdur? Mən bir neçə farmokoloqla danışdım. Deyirlər, Səhiyyə Nazirliyinin lisenziyası yoxdur deyə ölkəyə gətirə bilmirik. Belə bir ağır gündə bu tip dərmanların lisenziyasını operativ həll etmək lazımdır. Necə olur, dazı otuna, nə bilim N qədər generik, keyfiyyətsiz dərmanlara lisenziya verildiyi halda, antiviral dərmanlara pandemiya vaxtı lisenziya verilmir. Aptekləri dərmanla təhciz edin, sonra xub... evdə müalicəmizi alaq. Ekspress testləri ölkəyə gətirmək olmaz. Seroloji testləri bir neçə özəl klinika edə bilər. PZR testlərin qiymət də maşallah 110 manat. Axı niyə? Qonşu Gürcüstanda, Türkiyədə bu dərmanlar açıq satışda olduğu halda, analizlər bir neçə dollar olduğu halda, ekspress testlər pulsuz aparıldığı halda niyə bizdə belə vəziyyətdir? Təcili yardımın telefonu qaldırmaması, 2 gündən sonra gəlməsi, testin cavabının 4 günə hazır olması nə deməkdir?

Azərbaycanda yüz minlərlə insan koronavirusa yoluxub, ölüm sayı kəskin artıb. Səhiyyə sistemi artıq fəlakətə reaksiya vermək qabiliyyətini itirməyə başlayıb. Xəstəxanalar doludur, təcili yardım çağrışlara gedə bilmir, dərmanlar qıtlaşıb və olduqca bahadır. Belə katastrofik vəziyyətdə əhali kütləvi testdən keçirilmir, gündə 17-20 min aralığında test aparılır. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsində dövlət maksimum test etməklə xəstələri müəyyən etməyə, onları təcrid etməklə yoluxmanı və ölüm səviyyəsini azaltmağa çalışır.

Azərbaycaycanda dövlət dəyəri 5 dollar olan testlər alıb tibb müəssisələrinə paylamır. Bu iş bir neçə klinkanın monopoliyasındadır. 5 dollarlıq testi 55 dollara satırlar, əksəriyyətin onda istifadə etməyə maddi imkanı çatmır.

Koronavirusa qarşı mübarizədə istifadə olunan dərmanlar da hədsiz bahadır, dərman mafiyası onu dəyərindən az qala 100 dəfə baha satır, yenə də əksəriyyət onu alıb istifadə edə bilmir və nəticədə xeyli insan məhz bu səbəbdən həyatını itirir. Bəzi məlumatlara görə, hətta Türkiyə və s. ölkələrin humanitar yardım kimi göndərdiyi bu dərmanlar əl altından bazara çıxarılır və od qiymətinə satılır.

Xəstəxanalarda yer yoxdur, əlbəttə bu təbiidir, yoluxma hədsiz çoxdur. Amma müasir aparatların olduğu bəzi xəstəxanalarda yerlər məmurlar tərəfindən bron edilir, yaxud insanlar olduqca yüksək qiymətlərlə bu xəstəxanalarda müalicə olunmaq şansı qazanırlar.

Problemlər, süni əngəllər, bürokratiya, özbaşınalıq xirtdəkdəndir. Bir qrup adam insanların qanı, canı, həyatı hesabına milyonlar qazanır və bu cinayətlərə dövlətin reaksiyası yoxdur.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Tanınmış həkim, formokoloq Müşfiq Hüseynov bildiri ki, Azərbaycanda səhiyyə sistemi indi deyil, pasientlər kütləvi şəkildə xaricə gedəndə çökmüşdü. İrana il ərzində 1 milyon 300 min xəstə getdiyində, artıq qırmızı “SOS” siqnalı gözümüzü deşirdi.

“Dəfələrlə demişəm, yenə deyirəm. Ölkədə səhiyyə sistemində islahat aparmağın mənası yoxdur. İslahat işləyən orqanda olar. Bizim sistem bir neçə ildir işləmir, avtopilotdadır. İşləməyən sistemdə islahat aparmazlar, onu söküb, yenisini qurarlar.

Normal sistem, normal kadrlarla qurulur. Biz birlikdə güclüyük” mərhələsi bitdi, yeni mərhələ başladı. Bu saatdan sonra, hər şey individualdır. Hər kəsin taleyi öz əlindədir. Beləliklə, hələ aprel ayında xəbərdarlıq etdiyim, “başlı-başını saxlasın” mərhələsi başladı. Çünki, heç kimdən kömək gəlməyəcək. Çalışın önümüzdəki 10-14 gündə ekstra vacib bir gərəkcə olmadıqca, küçəyə çıxmayın. Panikaya düşmədən səbrlə xəstəliyin öhdəsindən gəlməliyik”,- deyə həkim bildirir.

Bəs bütün bu olanlara Səhiyyə Nazirliyi nə deyir? Əlbəttə nəsə deməlidir. Və elə deməlidir ki, özünü yandırmasın.Kimlərsə yansa da olar.

Səhiyyə Nazirliyindən Bizimyol.info-ya bildirilib ki, şikayətlər əsassızdır. Belə ki, poliklinikalara lazımi qədər dərman preparatları verilib:

"Test nəticəsi müsbət olduğu təqdirdə, həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar: "Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur: Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər".

Ellə gələn bəla toy bayram olar demişdilər. Biz müharibəni belə toy bayram etdik. Amma koronavirusu edə bilmirik. Çünki indi güləşdə o bizi yıxır.Qorunmalıyıq bəli. Amma dövlət də qorumalı, korrupsioner icra başçılarının qapısına göndərdiyi qara maskalıları səhiyyəmizin araşdırılması üçün də yönləndirməlidir. Yetərli sayda dərman vasitəsi olmadan xəstəxana otaqlarında yatmağın anlamı yalnız təcrid olunmuş vəziyyətdə ölümə tərk edilmək deməkdir.

İlhamə

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »