Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Çinə koks nəql etməyə başlayıb
Yük gəmisi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks artıq Çin Xalq Respublikasına ixrac olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "“ADY Express" MMC-dən bildirilib.

MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir. Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonra dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27000 ton koks-un daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15742 ton yükün nəqli həyata keçirilib. Qeyd edək ki, vaqon təminatı "Azərbaycan Dəmir Yolları" QSC və “ADY Express” MMC tərəfindən aparılır.

Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »