Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yanan tankın içərisindən iki əsgərimizi sürünə-sürünə çıxartdım”
Həmid Xələfov

Xələfov Həmid Ramiz oğlu 1995-ci il yanvarın 3-də Bakı şəhərində anadan olub. Milli Aviasiya Akademiyasını bitirib və həmin il hərbi xidmətə çağırılıb. 2018-ci ildə hərbi xidmətini başa vurduqdan sonra "Azərbaycan Hava Yolları" Şirkətinin Təhlükəsizlik Xidmətində çalışıb.

"Sentyabrın 21-də məni və onlarla başqa çağırışçını Quru Qoşunları tərkibində Bakıda “N” saylı hərbi hissədə təlimə çağırdılar. Ayın 26-da isə bizi Füzuli rayonu yaxınlığındakı təmas xəttinə gətirdilər. Artıq komandanlıq bizi ermənilərin təmas xəttində atəşkəsi tez-tez pozmaları barədə məlumatlandırmışdı və hər an müharibəyə hazır olmağımızı bildirmişdi.

Biz sabaha qədər səngərdə mövqelərimizi möhkəmləndirdik. Səhər açılana yaxın ermənilər iriçaplı plemyotlarla və ağır texnikalarla bizim mövqelərimizi atəşə tutdular. Komandir bizə hücum əmri verən kimi özümlə apardığım bayrağı qoruyucu jiletin altından çıxarıb öpdüm və yenidən ürəyimin üstünə qoydum.

Döyüş dostlarımla birlikdə düşmənin atəş nöqtələrini susdurmağa çalışırdıq. Avtomat, plemyot səsləri, mərmi partlayışları adi hal almışdı. Bu şərəfli yolda bir məqsəd var idi – düşmənə sarsıdıcı zərbələr endirmək, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək, gələcək nəsillərə bütöv bir vətən miras qoymaq. Bu yolda hamımız canımızdan, qanımızdan keçməyə hazır idik.

Elə ilk gündən döyüş dostlarımla birlikdə mənfur düşmənə sarsıdıcı zərbələr endirdik. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etdik. Hamımızda döyüş əhval-ruhiyyəsi yüksək idi.

Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən ağır döyüşlərdə yaralandım. Yaram yüngül olduğu üçün onu özüm sarıyıb yenidən döyüşə qatıldım. Elə bu vaxt dəhşətli bir partlayış səsi eşidildi. Düşmən tərəfindən atılan top mərmisi yaxınlıqda olan tankımızın üzərinə düşmüşdü.

Tankın yandığını görüb özümü tanka çatdırdım. İki nəfər yaralını alovun içərisindən çıxarıb sürünə-sürünə təhlükəsiz yerə gətirdim”.

Cəbrayıl uğrunda gedən qanlı döyüşlərin birində Həmid ayağından ağır yaralanır.

Artıq Həmid dörd dəfə əməliyyat olunub. Həkimlər növbəti əməliyyatda ayağının tam bərpa olunacağını söyləyiblər.

Leyla Mirzə

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »