Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: Vaksinasiya başlamasa koronavirusdan ölənlərin sayı dəfələrlə artacaq
Peyvənd - Həkim iynə

Bu günlərdə daha da azğınlaşaraq ölkəmizdə ikinci dalğa şəklində daha kütləvi hal almış koronavirusa qarşı səhiyyə sistemimiz yetərsiz qalmaqdadır. Artıq bütün dünya koronavirusa qarşı vaksinlərin tətbiqindən danışır. İlk sınaqlar keçirilib, könüllü peyvənd alanlar da var. Lakin vaksin məsələsi hətta mütəxəssilər arasında belə fikir ayrılığına səbəb olub.

Tanınmış həkim Adil Qeybulla vaksinin tam olaraq nə nəticə verəcəyinin bilinmədiyi üçün ona böyük ümidlər bəslənməməsinin tərəfdarıdır. Yəni qızılca, susçiçəyi xəstəliklərində olduğu kimi koronavirusdan ömürlük qoruma imkanı verən vaksin yoxdur. Koronavirusun təkrar yoluxma faktları vaksinin effektiv olmayacağı barədə mülahizələr yaradır. Türkiyə Hacəttəpə Xəstəxanasının əməkdaşı, koronavirusla mübarizədə ön sıralarda dayanmış həkim Turanə Rəsulova vaksinasiyaya gedilməsə ölüm sayının daha da artacağını bildirir.Turanə xanım Bizimyol.info-ya verdiyi açıqlamda vaksinlə bağlı fikirlərini aşağıdakı kimi açıqladı:

Turanə Rəsulova Turanə Rəsulova

“Hörmətli professor Adil Qeybullanın dedikləriylə razı deyiləm. Vaksinin bu gün-sabah istifadəsinə başlanacağı bu günlərdə sürü immunitetinin ixtiyarına buraxmalıyıq yanlış fikirdir.

İkincisi, koronavirusun mövcud pandemiya səbəb olan ştammı ciddi mutasiyaya uğramayıb, spike proteində mutasiya var, amma virusun heç bir özəlliyini dəyişdirmir. Yəni, bu vaksinin effektivliyini sual altında qoymur.

Üçüncüsü, vaksinlər zatən 3-cü faz çalışmasındadır və 10000-lərlə könüllü üzərində sınaqdan keçirilib, əlavə təsirlərinin olmadığı və ya cüzi olduğu görülüb.

İngiltərə bu söhbəti orataya atmışdı, amma kütləvi vaksinasiyaya ilk onlar başladı

İngiltərə kütləvi vaksinasiyaya başladı, həmdə Almaniyanın Biontech və ABŞ-ın Pfizer şirkətlərinin birlikdə hazırladığı vaksinlə. Çünki, öz vaksinlərinin effektivliyi o qədər yüksək çıxmadı.

Ən son araşdırmalara görə virusu yüngül keçirənlərdə antikor titri aşağı olduğu üçün virusu təkrar keçirirlər və ağır keçirilər. Bu dünyada az virusda görünən fenomendir. Yəni ilk dəfə virusu yüngül keçirənlərdə yaranan anticisimlər virusa yoluxmanı daha da asanlaşdırır. Ona görə birinci dəfə yoluxub sağalanlar düşünməməlidir ki, yoluxmayacaqlar. Əksinə yoluxub reanimasiyada belə qala bilərlər.Təkrar yoluxma bir ay sonra da mümkündür. Vaksinasiyasının məqsədi budur ki, ağır keçirən xəstələrdə olduğu kimi ağır antikorlar yaratsınlar, sürü immuniteti yaransın.Qızılca xəstəliyində məsələn yüzdə 95 faiz insan immunizə olmalıdır ki, kütləvi immunitet yaransın. Koronavirusda bu rəqəm yüzdə 60 təşkil edir.Hazırda dünya əhalisinin hələki 3-4 faizi bu xəstəliklə xəsətələnib. Kütləvi immunitetə ümid olsaq, ölüm sayı artacaq və bu təhlükəli ola bilər. ABŞ Təbiblər Birliyinin çalışmasına görə, xəstəliyi keçirəndən sonra yalnız 13 faiz insan tam reablitasiya olur. Yerdə qalan insanlarda xəstəliyinin bir sıra əlamətləri qalır.55 faiz insanda 3 əlamət və daha çoxunun davam etdiyi araşdırmalarla məlum olub.Yəni uzanmış Covid anlayışı yaranıb, belə ki, əlamətlərinin uzun müddət keçmədiyi və sağalan insanları belə incitməsi görülür. Bu barədə hələ geniş danışmaq mümkün deyil,çünki xəstəliyin ta öyrənilməsi üçün də zamana ehtiyac var”.

İlhamə Rəsulova

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »