Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə saxlanılan rus jurnalistlər deportasiya edildi
Həbs

Türkiyədə saxlanılan Rusiyanın “NTV” kanalının jurnalistləri deportasiya olunublar.

“RİA Novosti”nin xəbərinə görə, sözügedən telekanalın Mətbuat xidməti keçən həftə İstanbulda saxlanılan jurnalistlərin Rusiyaya uçduqları barədə məlumat yayıb.

“Mərkəzi Televiziya” proqramının işçiləri olan həmkarlarımız Aleksey Petruşko və İvan Malışkin artıq Moskvadadırlar. Gecə uçuşuyla gəldilər. Hər şey qaydasındadır. Yardımlarına görə Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Ankaradakı səfirliyinə və Rusiyanın Baş konsulluğuna təşəkkür edirik. Əlbəttə ki, bu günlərdə bizi dəstəkləyən KİV orqanlarına da minnətdarıq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 4-də Rusiyanın “NTV” telekanalının müxbiri Aleksey Petruşko, operator İvan Malışkin və Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişi zamanı saxlanılıblar.

Dekabrın 7-də Baş Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıblar.(virtualaz.org)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »