Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Numan Kurtulmuş: “Azərbaycan ay yarım müddətə 29 illik xəyalı həqiqətə çevirdi”
Numan Kurtulmuş

“Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox ciddi bir mübarizə nəticəsində ay yarım müddətə 29 illik xəyalı həqiqətə çevirdi”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş bu gün Türkiyə Böyük Millət Məclisində büdcə məsələlərinin müzakirəsi zamanı Azərbaycanın Qarabağ zəfərindən danışaraq, bu qələbədən Türkiyənin də qürur hissi keçirdiyini deyib: “Hökumətimiz, Türkiyə Böyük Millət Məclisimiz, millətimizin hər bir fərdi Qarabağdakı bu tarixi zəfər münasibətilə azərbaycanlı qardaşlarımızı bir daha təbrik edir. Qarabağ Azərbaycandır və qiyamətə qədər də Azərbaycana məxsus olaraq qalacaq”.

N.Kurtulmuş onu da bildirib ki, Qarabağ məsələsində beynəlxalq ictimaiyyəti həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə yönəltmək istəyənlər bu cəhdlərini yenə davam etdirsələr də hər iki qardaş ölkə haqlı mübarizəsindən əl çəkmədi və heç zaman da bu yolundan dönməyəcək.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Yanvarın 18-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »