Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məğlubiyyət Ermənistan turizmini necə çökdürdü...
Turistlər

Qarabağ müharibəsi Ermənistan üçün təkcə işğal olunan torpaqların itirirlməsi ilə nəticələnmədi.

Həm də ölkə turizmi böyük zərbə aldı. Çünki Ermənistan Azərbaycanın dilbər guşələrinin hesabına milyonlar qazanırdı.

Bizimyol.info xəbər verir ki, erməni yazar Marianna Paytyan çox maraqlı məsələyə toxunub. O, Ermənistan turizminin məğlubiyyətə görə çökməsindən bəhs edən yazı hazırlayıb. Paytyan haqlı olaraq ölkəsində bu sektorun yalnız işğal altında olan torpaqların ümidinə qalmasını qeyd edib.

“Armlend” turizm şirkətinin direktoru və təsisçisi Artyom Martirosyan başqa maraqlı müansı da qabardıb. O, cənub yolunun bərpasının işləri lap korladığını deyib. Çünki az-çox görməli yerlər Zəngəzur bölgəsindədir. Bura isə Azərbaycanla sərhədə çox yaxındır. Martirosyan deyib ki, əvvəllər gözəlliyi ilə göz oxşayan Sünik platosuna gündə ik-üç marşrut təşkil etmək olurdu. İndi isə bura təhlükəsiz zona sayılmır.

Martirosyan Ermənistanın turizm potensialının kəskin azaldığını bildirib: “İnsanlar xəritəni yaxşı bilmədiyindən, nələr itirdiyimizi anlamır. Kəlbəcər prinsipial strateji əhəmiyyət daşıyırdı”.

Martirosyan Kəlbəcərə axırıncı dəfə sentyabrın 23-də turist apardıqlarını söyləyib. O, Qarabağ dağ silsiləsində Kirs adlandırdıqları yerdə olduqlarını bildirib: “Heç bilmirəm ki, bütün baş verənlərdən sonra Ermənistana turist gəlmək istəyəcəkmi?”

“Tondrak” turist şirkətinin rəhbəri Qor Kazaryan Azərbaycanın geri qaytardığı əhəmiyyətli yüksəklikləri bir neçə dəqiqə sadalayır: “Ümumi coğrafi mənzərə dəyişir. Məsələn, Qomşasara (Qamış dağını nəzərdə tutur – red.) xeyli turist aparırdıq. Amma bura da Azərbaycanın nəzarətinə keçdi”.

Kazaryan deyib ki, indi boş optimizmə qapılmağın mənası yoxdur. Ermənistan alpinizmi də böyük zərər görüb.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »