Estoniya hökuməti dəfələrlə Rusiyaya güvənmədiyini bildirib. Baltikyanı ölkə rusların hələ 100 il əvvəl torpaqlarının bir hissəsini ələ keçirdiyini iddia edir.
Bizimyol.info xəbər verir ki, Estoniya Rusiya ilə sərhədə tikanlı məftillər çəkib. Avropa dövlətinin sərhəd xidməti və polis departamenti işin bir hissəsini başa vurub. Departamentin direktor müavini Eqert Beliçev işdən razı qaldıqlarını söyləyib. Amma onun bildirdiyinə görə, müəyyən əlavələr də olacaq. Lazımi infrastruktur yaradılacaq. Patrul, əlaqə sistemi, kanalizasiya, enerji təchizatı istənilən səviyyədə olacaq.
Estoniyanın Daxili işlər naziri Alar Laneman deyib ki, indi söhbət Avropa İttifaqı və NATO-nin xarici sərhədlərindən gedir. Onun sözlərinə görə, sərhəd çəkərkən avropalıların təhlükəsizliyi haqda da düşünüblər.
Estoniya işə iyulda başlayıb. Üç il ərzində 23.5 kilometr ərazidə tikanlı məftillər çəkiləcəyi nəzərdə tutulub. Yəni Vırumaadan Latviya ilə sərhədə çatana qədər bu iş görüləcək.
Estoniya ilk mərhələdə 20 milyon avro xərcləyib. Ümumilikdə 130.5 milyon avro xərclənməsi planlaşdırlıb.