Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik şəhid ailəsinə dəstək oldu
Nazirlik şəhid ailəsinə dəstək oldu
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şahbazlı Əlikram Novruz oğlunun ailəsinin sosial dəstək tədbirləri ilə əhatə edilməsi üçün müvafiq işlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şabran rayon Bor-bor kəndində yaşayan ailə ilə görüşərək, yaşayış vəziyyəti ilə tanış olublar.

Beş nəfərdən (şəhidin atası Şahbazov Novruz, anası Hümbətova İmarət və üç bacısı) ibarət ailənin gələcəkdə fərdi evlə təmin olunması üçün qeydiyyata alınacaq.

Hazırda ailəyə ünvanlı sosial yardım ödənilir. Həmçinin şəhid ailəsi kimi ailəyə Prezidentin aylıq təqaüdü, ailə üzvlərinə aylıq müavinət təyin olunacaq.

Şəhidin atasının istəyi ilə ona özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə iribuynuzlu heyvandarlıq təsərrüfatı yaradılacaq. Şəhidin anasının isə elə öz kəndlərində işlə təmin olunması nəzərdə tutulur. Şəhidin bir bacısı tələbə, digər iki bacısı isə məktəblidirlər.

Ailənin yaşayış vəziyyəti diqqətdə saxlanacaq.

Bizimyol.info

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »