Ermənistanda türklərə qarşı nifrət nitqi həmişə hökm sürüb.
İndi də bu ölkədə Türkiyə çox ittiham olunur. Xüsusilə Qarabağ müharibəsində Ankaranın Azərbaycana dəstəyi erməniləri özündən çıxarıb.
Bizimyol.info xəbər verir ki, Ermənistan mağazalarında türk mallarından imtina etməyə başlayıblar. Guya bununla Türkiyə iqtisadiyyatına böyük zərər vurulur.
Sevak Akopyanın müəllif verilişində bu haqda danışılıb. Amma qonaqlar qeyd edib ki, Türkiyəni təkcə mallarından imtina etməklə çökdürmək mümkün deyil. Ermənilər bizim qardaş ölkəni NATO-dan uzaqlaşdırmaq təklifi səsləndiriblər. Sevak Akopyan türk mallarından imtinanın ən minimum addım olduğunu bildirib. O, Ermənistanda Türkiyə ilə dostluq yaratmağa çalışan fondlar olduğunu, bunun yolverilməzliyini dilə gətirib. Akopyan Türkiyədə əhalinin 60 faizinin erməniləri bir nömrəli düşmən saydığını deyib.