Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana istefası üçün dekabrın 8-nə qədər vaxt verib.
Hökumət rəhbərinin davranışı onun vəzifədən imtina etməyəcəyi təsəvvürünü yaradır.
Bizimyol.info xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasından Naira Zöhrabyan da belə düşünür. Müxalifətçi Paşinyanın sabah istefa verməyəcəyinə əmindir.
“Elə bir bina yoxdur ki, biz ora girə bilməyək. Çünki tələblərimiz qanunidir. Paşinyanı da yaxşı tanıyıram, öz xoşu ilə getməyəcək”.
Zöhrabyan iqtidarın xalqın maraqlarına xidmət etmədiyini söyləyib. Onun fikrincə, hakimiyyət əsirlərin dəyişdirilməsinə ciddi yanaşmır.
Zöhrabyan əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Qadın siyasətçi təxminən 20 il əvvəl “Aykakan Jamanak” qəzetində Paşinyanla birlikdə işləyib.