Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsə aparan qanunsuzluq: Məmurlar niyə dərs götürmür?-Hüquqşünasdan açıqlama

Bir yandan şəhid xəbərləri gəlir, şəhid anası dövlətin ona verdiyi 10 min manat məbləğində birdəfəlik yardımı Orduya bağışlayır, bir yandan isə icra başçısı rüşvət alarkən saxlanılır.

Hüquqşünas, vəkil Əkrəm Həsənov Bizimyol.info-ya açıqlamasında ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi dövründə qanunsuzluqların daha da artdığını bildirib.

Əkrəm Həsənov Əkrəm Həsənov

“İcra başçıları, icra hakimiyyətinin əməkdaşları, məhkəmə sistemində işləyənlərin xeyli hissəsi qanunsuz fəaliyyətlə məşğuldurlar. Onların əmlak vəziyyətinə gəlin baxaq. Onların ailələrinin və özlərinin necə yaşadığını hər kəs görür. Evləri, avtomobilləri, dəbdəbəli geyimləri haradan alırlar? Həbs olunan məmurlar onların cüzi hissəsidir.

Mən ona təəssüf edirəm ki icra başçıları ondan əvvəl həbs olunan həmkarlarından dərs götürmürlər. Onlar hətta pandemiya və müharibə dövründə qanunsuzluqları daha çox edirlər. Qorxmadan fikirləşirlər ki dövlət başçısı və aidiyyatı dövlət orqanları məmurların hayında deyil.

Mən bu halı məhkəmə sistemində də görürəm. Ötən ilin sonunda və bu ilin əvvəlində məhkəmələrdə müsbət dəyişikliklər oldu. Müharibə dövründə isə əvvəlkindən də betər biabırçılıqları görürük.

Qismən səfərbərlik və pandemiya dövründə də məmurlar doymurlar. Acınacaqlısı da budur! Bunların onsuz da çox pulu var. Onların islah edilməsi mümkün deyil. Odur ki ölkədə köklü kadr islahatları davam etdirilməlidir”,-deyə hüquqşünas Əkrəm Həsənov bildirib.

Mediada verilən məlumata görə, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.

Ramid İbrahimov

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »