Antalya səmasında görünən uçan naməlum obyekt ( UNO) bu dəfə kameraların yaddaşına həkk olunub.
Lider Gazete-nin məlumatına görə, obyekti sahildə yerləşən otellərdən birinin mühafizəçisi Əli Can görüb. Onun sözlərinə görə, çəhrayı işıq saçan dairəvi obyekt 10 dəqiqəyə qədər səmada asılı qalıb, sonra sürətlə gözdən itib. Obyekti sahildə gəzən bir nəfər də müşahidə edib. Əli Can daha sonra UNO-nun görüntüsünün mühafizə kameralarına düşdüyünü də görüb.
“Hadisə Serik şəhərindəki oteldən müşahidə olunub. Düzü öncə qorxdum.Hava buludlu olduğuna görə bunun günəş işıqlarının təsiri altında olması imkansız idi”,- deyə Əli Can bildirib.
İlhamə