Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni mətbuatı ordumuzun Şuşaya girdiyi gizli yoldan yazıb
Şuşa

"Şuşa 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində idi. Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperçisi daxil olub, ardınca xüsusi təyinatlı qüvvələr girib. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub. Xeyr, bu, yalandır. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxıblar".

Bu sözləri erməni jurnalist Roman Baqdasaryan deyib. O bildirib ki, Şəhərdə 600 erməni döyüşçü olub:

"10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində gizlənən 1000-ə yaxın döyüşçü üzə çıxdı. Onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar, halbuki, ona qədər məhsullar iylənmişdi.

Diasporadan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı. Heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Şuşada guya 6 min insanın yaşadığını yazırlar, yalandır və bu yalan daha çox pul silməyə hesablanıb. Şəhərdə əhalinin sayı heç 3 minə çatmırdı. Şuşaya gizli bir yol qalxır. Daşaltından qalxan bu yolu erməni dəllalları çəkmişdi. Onlar bu yolla meşələrdən qırdıqları ağacları Ermənistana daşıyır, orada satırdılar.

Azərbaycan Ordusu bu gizli yoldan da istifadə etmişdi. Kadrlarda da gördük ki, Şuşadan Azərbaycan texnikası çıxır. Bu hərbi texnika nə Laçın, nə də Xankəndi vasitəsilə Şuşaya getməyib, məhz həmin yolla qalxıb. XXI əsrin hərb elminin prinsiplərini alt-üst edən Şuşa əməliyyatı haqqında hələ çox detallar üzə çıxacaq. Çünki Azərbaycan əsgəri yeni əsrin əfsanəsini yazdı".(redaktor.az)

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »