Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransanın qərəzli qətnamələri Azərbaycan-Türkiyəyə qarşı - Politoloqdan açıqlama
Fransa senatı

Beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olan Fransa Senatının və Milli Assambleyasının da qəbul etdiyi qərəzli qətnamələri Azərbaycan cəmiyyətində etirazlara səbəb olub. Fransanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağrılandan sonra səfir bildirdi ki, bu, Fransa dövlətinin mövqeyi deyil.

Bunun presedent olacağından və bu prosesin digər ölkələrə sıçrayacağından narahat olan siyasətçilərin etirazları davam etdi.

Ramiyə Məmmədova Ramiyə Məmmədova

Bizimyol.info-ya açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, Fransanın beynəlxalq hüquqa zidd qətnamələri həm Azərbaycana, həm də Türkiyəyə olan münasibətinin nəticəsidir.

“Fransada erməni əsilli iş adamlarının yaratdığı diaspora təşkilatları bu ölkədə prezident seçkilərində namizədlərə böyük maliyyə dəstəyi verirlər. Erməni iş adamlarının prezident seçkilərindən dəstəyindən bəhrələnən Fransa prezidentləri həmişə erməni lobbisinin əlinə oynayacaq fəaliyyət göstəriblər.

Fransanın Qarabağla bağlı mövqeyi təkcə Azərbaycana olan münasibəti deyil, eləcə də Türkiyəyə olan münasibətdir. Türkiyə ilə gərginlik yaşayan Fransa qardaş ölkənin Azərbaycana hüquqi və haqlı mövqeyində verdiyi dəstəyə görə, qıcıqlanır.

İkinci Qarabağ müharibəsində və Cənubi Qafqazda gedən geopolitik dəyişikliklərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri-Fransa və ABŞ kənarda qaldılar. Rusiya da bugünki gündə Türkiyəni istəmir. Amma bu gün Türkiyəni regionda qəbul etməyə məburdur. Türkiyəni bu regiona Cənubi Qafqazın böyük dövləti Azərbaycan dəvət edib.

Azərbaycanda gələcəkdəki işlərdə, Dağlıq Qarabağda gedən dəyişikliklərdə, ordu quruculuğunda və bir çox işlərdə öncəliklə Türkiyə, sonra isə Rusiya iştirak edə biləcək. Bu isə Fransa başda olmaqla bir çox Qərb ölkələrinin xoşuna gəlmir”,-deyə politoloq R.Məmmədova bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »