Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlax-Xankəndi dəmiryolu xəttinin yenidən qurulmasına başlanılıb
Dəmir yolu

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlayıb.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmiryolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.

İşğala son qoyulduqdan sonra digər qurumlar kimi "Azərbaycan Dəmir Yolları"nın müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır.

"O cümlədən, ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb", - ADY-dən bildirilib.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »