Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda ara qarışıb - İrəvanda silahlı toqquşma ehtimalı var
Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb

“Ermənistanda hazırda dərin böhran yaşanır. Xalq və müxalifət Baş nazir Nikol Paşinyana qarşı birləşib, onu istefaya çağırır. N.Paşinyan isə müqavimət göstərməyə davam edir. Lakin müqavimət ayın 8-dən sonra da davam etsə, xalq-hakimiyyət qarşıdurması daha da artacaq”.

Bu sözləri Redaktor.az-a politloq İlqar Vəlizadə deyib. O, Ermənistan Prezidenti Armen Sərkisyanın da müxalifəti dəstəklədiyini bildirib:

“Ermənistan Prezidenti Armen Sərkisyan da müxalifəti və xalqı açıq şəkildə dəstəkləyir. Əlbəttə, bütün bunlar daxildə yaranan qarşıdurmanın açıq şəkildə göstəricisidir. Paşinyan hələ ki, müqavimət göstərir. Bu müqavimət ayın 8-dən sonra da davam eləsə, xalq-hakimiyyət qarşıdurması daha da artacaq. Hətta silahlı qarşıdurmalara da şahid ola bilərik. Eyni zamanda Armen Sərkisyanın müxalifəti dəstəkləməsi Ermənistanda ikili hakimiyyətin yarandığı anlamına gəlir. Paşinyana sabaha qədər vaxt verilib. Düşünmürəm ki, o, istefa verəcək. Onun istefa verməməsi də Ermənistan daxilində çox ciddi problemlərə yol açacaq”.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Ənənə davam edir: Kreml sahibinin "əli olmayan" qətllər...
Son xəbərlər
Bütün xəbərlər »