Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə tutulan rusiyalı jurnalistlər casusluqda ittiham oluna bilər
Həbs

Rusiyanın NTV telekanalının Türkiyədə saxlanılan jurnalistləri casusluqda ittiham oluna bilər.

Bu barədə “RİA Novosti”yə Türkiyədə vəziyyətlə tanış olan mənbə məlumat verib.

“Ancaq bildiyim qədər, məhkəmə bu işi hələ baxılmaq üçün qəbul etməyib”, - deyə o, telekanala açıqlamasında vurğulayıb.

Bundan əvvəl agentliyin həmsöhbəti işin artıq məhkəməyə verildiyini bildirmişdi.

Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər. Sonradan Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyevanın da onlarla birlikdə olduğu bildirilib.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Yanvarın 18-nə olan hava proqnozu
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »