Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 yoldaşını ölümdən qurtaran cəsur “Qumbara Tərlan” - Video
Tərlan Həsənov

Tərlanın 23 yaşı var. Bu yaşda dünyanın ən böyük cəsarətini göstərməyi bacarıb. 8 yoldaşı üçün gözünü qırpmadan özünü qurban vermək yolunu seçib. Amma sağ qalıb.

Həsənov Tərlan Rafiq oğlu Şəkinin Baş Zəyzid kəndində anadan olub. Atası Rafiq kişi əlil olsa da, onun oxuyub ali təhsil almasına çox çalışıb. Oğul da atanın əməyini itirməyib. Ali təhsilini başa vurandan sonra hərbi xidmətə getmək istəsə də, çəkisinin azlığı və gözlərinin zəif görməsi səbəbilə hərbi xidmətə aparmaq istəməyiblər onu. Lakin Tərlan israr edib. Hərbi xidmətin bitməsinə az qalmış müharibə başlayıb. Qəhrəmanlıq etdiyi günü isə belə xatırlayır Tərlan.

“Kiçik bir qrupla düşmənin mühasirəsinə düşmüşdük. Qumbaralarla hücum edirdilər. Elə oldu ki, qumbaranın biri aramıza düşdü. Ağlımdan keçdi ki ya hamımız öləcəyik, ya birimiz. Düşündüm ki, şəhid olmaq zamanıdır. Hamımızın anaları ağlamasın deyə özümü qumbaranın üstünə atdım. Partlayışda şok keçirdim. Qalanını xatırlamıram. Ayılanda dedim yəqin qarnımdan yaralanmışam. Amma sağ salamat idim”.

Tərlanın dostları onun şəhid olduğunu düşünüblər. Saatlarla huşsuz qalıb. Lakin yüngül xəsarət alıbmış. Həytatını əyninə geydiyi zirehli jilet və qucağındakı rabitə qurğusu xilas edib.Özüylə bərabər 8 əsgərin də həyatını qurtaran igidə indi dostları “Qumbara Tərlan” deyirlər. Bu hadisədən sonra fəxri fərman və 5 günlük məzuniyyət alıb igid Tərlan. Deyir şəhidlər olmasa Vətən sağ qalmaz. Bir ölərik min dirilərik, təki vətən sağ olsun. Sən də sağ ol Tərlan, igid balamız. Sənin bu dastanın 8 evdə göz yaşlarının axmasının qarşısını aldı, bütün Azərbaycanın ürəyində özünə yer tapdın, sevgi qazandın. Nəsillərdən nəsillərə ötürüləcək bir qəhrəmanlıq hekayəsi yazdın. Yüz yaşa.

İlhamə

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »