Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Nazirliyinə təklif: “Məktəblərdə Vətən müharibəsinin qazilərilə görüşlər təşkil edilsin”
Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

“Torpaqlarımızın bütövlüyü uğrunda başlanan Vətən müharibəsində yaralanaraq qazi olan əsgər və zabitlərimizlə təhsil müəssisələrində görüşlər təşkil edilməlidir. Bu, milli vətənpərvərlik ruhunun yüksəldilməsi üçün olduqca vacibdir”.

Bunu Bizimyol.info-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Elçin Əfəndi Elçin Əfəndi

Ekspert qeyd edib ki, məktəblərdə şagirdlərlə Qarabağ qazilərinin görüşü mütəmadi olaraq təşkil edilməlidir.

“Yaxşı olardı ki, ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin ailələrinin tanınması üçün müvafiq addımlar da atılsın. Təklif edirəm ki şəhid ailələrinə xüsusi döş nişanları təqdim olunsun. Belə olan halda biz şəhid ailələrini tanıya bilərik və onlara xüsusi hörmətlə yanaşarıq. Bu tədbirlər vətənpərvərlik ruhunun yüksəlməsinə, bir amal uğrunda birləşməyizə gətirib çıxaran amillərdən biridir”.

Xatırladaq ki, hazırda döyüş bölgəsində olan əsgərlərimizdən biri kütləvi informasiya vasitələrini qınayan video-müraciəti yayımlanmışdır. Əsgər şəhid olan 2783 nəfər hərbçinin çoxunun tanınmadığını deyərək medianı bu istiqamətdə maarifləndirmə işi aparmamaqda qınayıb.

“Biz şəhidlərimizi sosial şəbəkələr vasitəsilə tanıyırıq. Televiziyalar hər bir şəhid haqqında məlumatlar verməlidir”,-deyə əsgər bildirib.

Əsgərin bu çıxışından sonra sosial şəbəkə istifadəçiləri İkinci Qarabağ müharibəsində şəhid və qazi olan hərbçilərlə bağlı təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsini təklif ediblər.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› 3 rayonda su kəsiləcək
Son xəbərlər
Bütün xəbərlər »