Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa təkrar yoluxma varsa, vaksin effektiv olacaqmı? – Həkim cavabı
Maska

Koronavirusa təkrar yoluxma faktlarının da sayı artmaqdadır. Düzdür, həkimlərin fikrinə görə bu faktlar hələ ümumi yoluxma sayında 1% təşkil etmir, amma hər bir halda fakt faktlığında qalır. Bu da öz növbəsində sual yaradır. Vaksinasiyanın pandemiyanın aradan qaldırılmasında rolu olacaqmı?

Təkrar yoluxma o deməkdir ki, bu xəstəliyə dayanıqlı immunitet yaranmır. Çünki mahiyyətcə vaksin - immun sistemini virusun genetik markeri ilə tanış etməkdir. Virusun ən yaxşı genetik markeri isə elə özüdür. Əgər bədənə bir dəfə düşəndən sonra dayanıqlı immunitet yaranmırsa, demək, Vaksinin mənası qalmır, "Kollektiv immunitet"in yaranmasını gözləməyin mənası qalmır. Bu halda ancaq yoluxanların sürətlə müəyyənləşdirilib, reaksiya verilməsi ("çevik test") sistemi qurulmalı, lazım olan dərmanlar ucuz qiymətə hər yerdə aşıb-daşmalıdır. Ondan sonra əvvəlki həyata qayıtmaq lazımdır. Başqa heç nə etmək mümkün deyil - qriplə yanaşı yaşadığımız kimi, korona ilə qonşuluğa da alışmalıyıq. Belə olan halda bu cür təşkilatçılıqla biz sonsuzluğa qədər karantin rejimində oturacağıq?

Adamlar təkrar-təkrar yoluxacaq, illər boyu məktəblər işləməyəcək, gənclər toy edə bilməyəcək, işsizlik baş alıb gedəcək. Bütün dünya bunu artıq anlayıb və müvafiq tədbirlər görür. Yəni

Dünən Ucar rayonundan bir izləyicimiz zəng edib dedi ki, rayon xəstəxanasından cavab verilib ki, xəstə sayı həddən artıq çoxdur, çatdıra bilmirik, başınızın çarəsinə baxın. Çox uzaqda yox, elə Naxçıvanda bu məslənin sadə bir həll yolu var.

Testləri çox mqdarda edərək, operativ surətdə yeni xəstələnənləri aşkar edir. Dərhal müvafiq müalicə tədbirlərinə başlayır. Apteklərdə də ki, kifayət qədər keyfiyyətli dərman var.

Çoxlu test aparmalı, testlərin cavabı operativ hazırlanmalı və apteklər keyfiyyətli dərmanlarla təhciz olunmalıdır. Bu gün koronavirusla bağlı adı çox çəkilən dərmanları apteklərdə tapmaq olmur, xüsusi sifarişlə, tanışlıqla baha qiymətə ala bilənlər də sevinirlər. Dərman biznesi çiçəklənməkdədir. Bu başqa bir mövzudur biz qayıdaq vaksinasiya məsələsinə.

Doktor Turanə Rəsulova Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, pandemiyanın sona çatmasının yeganə yolu vaksinasiyadır.

Turanə Rəsulova Turanə Rəsulova

“Çünki, xəstəliyi ilk dəfə yüngül keçirənlərdə yaranmış antikor (anticisim) titri aşağı olanda təkrar yoluxma olur və bu dəfə anticisimlərin özləri təkrar yoluxmada rol oynaya bilir - buna "antibody dependent enhancement" deyilir. Bu günədək çox az virusda rast gəlinən fenomendir bu. Vaksin isə yüksək titrdə antikor cavabı yaradır. Effektivliyinin onaylanması və lisenziya ala bilməsi üçün bu təməl şərtdir. Bəzi vaksinlərin 14, 21 və ya 28 gün aralıqlarla rapelinin, yəni ikinci dozunun vurulmasının da məqsədi budur - qanda yüksək titr antikor yaratmaq.

Qorunmanın ən güclü yolu vaksinasiyadır, amma hər bir halda sosial məsafə, əl dezinfeksiyası, maska qaydalarına hələ 1 il əməl etməli olacağıq”,- deyə o qeyd edir..

“Tədqiqatlar göstərib ki, xəstə ilə bir evdə yaşayan, eyni havanı, eyni məişət əşyalarını, qapıların dəstəyini paylaşan insanlar mütləq yoluxmalıdır fikri yanlışdır. Yəni evinizdə kimsə covid xəstəsidirsə, sizə keçmə ehtimalı cəmi 12 % dir. Ailə içərisində yoluxma zamanı 88%-ində baş vermir. Ən çox həyat yoldaşına keçirə bilər - 43% ehtimalla.

Covid19 virusunun çox kontagioz olduğunu bilirik.

Məsələ burasındadır ki bir ailədə əgər 2 üzv xəstələnibsə, ilk ağıla gələn fikir odur ki, biri digərinə keçirib. Amma bu həmişə belə olmur. Onların yoluxma mənbələri ayrı da olur - evdən kənarda. Tədqiqatlar göstərib ki, insanlar çöldə, cəmiyyətdə daha çox insanla kontaktda olur, nəinki evdə. İndi keçək əsas məsələyə: Yəqin ki, əvvəlki paylaşımlarımda super yayıcılar barədə yazdıqlarımı oxumusuz. Xəstələrin 80%-inin yoluxma mənbəyi 20% xəstələrdir. Yəni 20% xəstə virusu başqa xəstələrlə müqayisədə daha çox yayır. Onlar super yayıcılar adlanır və qalan 80% xəstənin yoluxmasından sorumludular. Əlbəttə super yayıcının biri evdə olsa, digər ailə üzvlərini də böyük ehtimalla covid tutacaq. Və belə halları - ailəvi yoluxanları siz də görmüsüz.

Əgər evinizdəki xəstə super yayıcı xəstə deyilsə, cəmi 12% yoluxma ehtimalınız var.

Haçan xəstə super yayıcı olur? Çoxsaylı faktorlar var, ammə ən əsası əgər bir xəstənin immun sistemi zəifdirsə, onun bədənində virus daha sürətli bölünür, nəinki başqa xəstədə”,- deyə həkim vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »