Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər 500 min amerikalının COVID-19-dan ölümünü proqnozlaşdırır
koronavirus

Amerika alimləri güman edirlər ki, ABŞ-da kütləvi vaksinləməyə baxmayaraq, koronavirusdan yarım milyondan çox insan ölə bilər.

“Report” xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin Tibb Məktəbi yanında Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutunun (IHME) hesabatında bildirilir.

Sənəddə qeyd edilir ki, ölkədə COVID-19 qurbanlarının sayı 2021-ci ilin 1 aprelinə qədər 539 min nəfərə qədər arta bilər. Bu halda alimlər hesab edirlər ki, gündəlik ölümlərin pik həddi 3 minə çatacaq. Qeyd edilir ki, ən yüksək ölüm göstəricisi növbəti il yanvarın ortaları və sonunda olacaq.

Cons Xopkins Universitetinin son məlumatına görə, ABŞ-da epidemiyanın başlanğıcından COVID-19-a 14,5 milyondan çox yoluxma aşkarlanıb, 280 mindən çox pasiyent koronavirusun qurbanı olub.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Son xəbərlər
Bütün xəbərlər »