Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzadan sonra avtobus 15 metr hündürlükdən yerə çırpıldı - Video
Qəzadan sonra avtobus 15 metr hündürlükdən yerə çırpıldı - Video

Braziliyada turistləri daşıyan avtobusla yük maşının toqquşması nəticəsində azı 16 nəfər həlak olub, 27 nəfər yaralanıb.

Faciə ölkənin cənub-şərqində baş verib. Bildirilir ki, qəza nəticəsində nəqliyyat vasitəsi 15 metr hündürlükdən yerə çırpılıb və dərhal alışıb. Avtobus körpüdən aşmazdan əvvəl üç sərnişin özünü onun içindən bayıra atmağa imkan tapıb.

Turistlərin hansı ölkədən olduğu və qəzanın təfərrüatı hələ məlum deyil.

Hadisə yerinə çoxlu xilasedicilər və təcili yardım maşınları cəlb olunub.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »