Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron: Polislərin üzərinə kamera quraşdırılacaq
Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron ölkə gündəmi ilə əlaqədar açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Parisin “Respublika” Meydanında sığınacaq quran miqrantların evakuasiya edilməsini doğru addım hesab edən Makron evakuasiya edildikdən sonra onların sığınacaqlara yerləşdirildiyini söyləyib.

Evakuasiya zamanı polis zorakılığını “səhv” adlandıran Makron bunun əsaslandırılmayacağını bildirib: “Zorakılığa əl atan polislər var. Onların cəzalandırılması lazımdır. Fransada da cəmiyyətdə zorakılıq və irqçilik var. Bu bir həqiqətdir”.

İyun ayından etibarən xidmət müddətində polislərin üzərində kameralar quraşdırılacağını vurğulayan Makron ayrı-seçkiliyə məruz qalan insanların şikayət edə bilməsi üçün gələn aydan etibarən müvafiq platforma yaradılacağını deyib.

Fransa prezidenti ayrı-seçkiliyə qarşı mübarizə öhdəliklərini yerinə yetirmədiyini də etiraf edib: “Düzdür, dərisi ağ olmayan insanlar daha çox nəzarətdədirlər (polis tərəfindən)”.

O, polisin Parisdə afrikalı musiqi prodüserinə qarşı şiddət tətbiq etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Emmanuel Makron ölkədəki “İslamçı ideologiya” ilə mübarizə aparmaq istədiyi iddiasını müdafiə edib: “Amma Fransanın İslamla heç bir problemi yoxdur. Fransanın İslamla uzun bir əlaqəsi var. Quranı tərcümə edən ilk ölkələrdən biri bizik”.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »