Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə silahlarının effektivliyi Qarabağdakı son müharibə zamanı sübut edildi - Hulusi Akar
Hulusi Akar

Azərbaycanın qəhrəman ordusu ərazi bütövlüyünü təmin etmək üzrə əməliyyatı böyük uğurla başa vurdu və bu müddət ərzində bizim yerli silahlarımızı da istifadə etdi.

Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar TEİ-TS1400 helikopterləri üçün ilk yerli mühərrikin hazırlanması mərkəzinin açılışında çıxışı zamanı deyib.

H.Akar bildirib: "Türkiyə istehsalı olan silahların effektivliyi Azərbaycanlı qardaşlarımızın Qarabağın işğalçılardan azad edilməsi əməliyyatı zamanı da sübut edildi. Azərbaycanın qəhrəman ordusu ərazi bütövlüyünü bərpa etmək üzrə əməliyyatı böyük uğurla başa çatdırdı, 44 gün ərzində Qarabağı 30 illik erməni işğalından azad etdi. Bizim silah sistemlərimiz bu haqlı işə öz töhfəsini verib. Bu gün bütün dünya bizim silah sistemlərimizin müharibənin gedişatına əsas təsirindən danışır".

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
Son xəbərlər
Bütün xəbərlər »