Çexiyanın paytaxtında Ali Məhkəmənin hakimi və daha dörd nəfər polis tərəfindən saxlanılıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Lenka Bradaçova bildirib.
Saxlanılanların adları açıqlanmır. Qeyd edilir ki, onlardan biri Praqada Ali Məhkəmənin hakimi, digəri vəkildir.
"Onların hamısı rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz fəaliyyətdən əldə olunan gəlirlərin qanuniləşməsində ittiham edilirlər", - baş prokuror deyib.
Onun sözlərinə görə, saxlanılanların hamısını 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.