Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hadrut meşələrində gizlənən erməni əsgərləri “911”dən kömək istəyiblər
Erməni uşaqları döyüşə aparılır

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.

Erməni KİV-lərinin xəbərlərinə görə, bu haqda müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan danışıb.

O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut ətrafındakı Vəng kəndinin yaxınlığında, meşəliklərdə gizlənirlər.

“İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda “911” xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır”,- Zöhrabyan bildirib.

Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim bu haqda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova bildirib və axtarış işləri başlayıb.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »