Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvandakı mitinqdə müxalifətin gözləmədiyi mənzərə...
İrəvandakı mitinqdə müxalifətin gözləmədiyi mənzərə...

Ermənistanda müxalifətin neçə gün əvvəldən hazırlaşdığı mitinq baş tutdu. Mitinqin yekunu olaraq Paşinyana 3 gün vaxt verildi ki, istefanı özü versin. Lakin, Paşinyan istefa verməyəcək. Mitinqdə insanların azlığı birləşmiş müxalifət üçün şok oldu. Müharibədə uduzan dövlətin Ali baş komandanına qarşı bütün müxalifətin bu qədər az sayda adamı meydana toplaması- onlar adına biyabırçılıq idi.

Bəs niyə ermənilərin bir çoxu hələ də Paşinyandan üz döndərməyib? Əgər müharibədən sonra cəmiyyətin emosional vaxtında xalqın əksəriyyəti ayağa qalxmırsa, bir müddətdən sonra müxalifət daha az sayla mitinqlər keçirəcək.

Ermənistanda üstünlük təşkil edən Qərbə simpatiya bəsləyən erməni gənclər , ölkədəki Vətəndaş cəmiyyəti institutları da Paşinyanın yanındadırlar.

2018- ci ildə Sarkisyana qarşı mitinqlərdə 100-300 min adam nümayiş keçirdiyi halda, müharibənin əsas günahkarı Nikola qarşı 10 min adam gülünc rəqəmdir.

Yeri gəlmişkən, hər bir inqilabda hakimiyyət dəyişikliyi üçün xarici aktor əsas təkanverici qüvvə olmalıdır. Bu mitinqlərin arxasında heç bir xarici dövlət durmayıb. Rusiya dekabr ayında Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil. İndi Qarabağda ciddi proseslər gedir.

O ki qaldı mitinqdə müxalifətin təqdim etdiyi lider - Manukyanın çıxışına. Bu qocanın Türkiyə ilə bağlı dedikləri eyforiya və populizmdən başqa heç nə deyildi. Manukyan hadisələri adekvat dəyərləndirmədiyini çıxışında sübut etdi.

Ermənistan cəmiyyəti hakimiyyətdə Rusiyanın adamlarını, Qarabağ ermənilərini və irqçi - faşist təfəkkürlü şəxsləri görmək istəmir. Bu gün Ermənistan sakinləri Avropanın bir üzvü olmaq istəyirlər. Müharibə onların simpatiyasını Qərbə daha da itələdi.

Lakin, bütün bunlar o demək deyil ki, Paşinyanı dəyişmək mümkün deyil. Mümkündür - əgər Putin istəsə. Hələlik Putin üçtərəfli sazişin tez bir şəkildə icra edilməsini seyr edir.

Zaur Məmmədov Bakı Politoloqları Klubunun rəhbəri Zaur Məmmədov
Son xəbərlər
Bütün xəbərlər »