Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada koronavirusla bağlı karantin rejimini pozan şəxs edam olunub
Şimali Koreyada koronavirusla bağlı karantin rejimini pozan şəxs edam olunub

Şimali Koreyada koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin rejimini pozan şəxs xalqın gözü qarşısında güllələnərək edam edilib.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Şimali Koreya lideri Kim Çen Inın qərarına əsasən, sərhəddə xidmət edən hərbçilərə Çindən ölkəyə icazəsiz keçənləri güllələmək əmri verilib.

Güllələnən şəxs Çinlə sərhəddə koronavirusla bağlı tətbiq edilən karantin rejimini pozaraq qaçaqmalçılıq etməkdə günahlandırılıb.

Dövlət başçısı karantinlə bağlı bir sıra göstərişlər də verib. Həmin göstərişlərə əsasən, koronavirusdan qorunmaq üçün dənizdə balıq tutmaq da qadağandır.

Son xəbərlər
Bütün xəbərlər »