Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”
Rəcəb Tayyib Ərdoğan

“Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.

“Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi”,-deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Minsk qrupunun həmsədri olan Fransa parlamentinin verdiyi qərara da öz mövqeyini bildirib. O, Fransa Senatının bu qərarını qalmaqallı adlandırıb: “Qardaşım İlham Əliyevin də dediyi kimi, Fransa erməniləri bu qədər sevirsə, Marseli onlara verə bilər. Heç bir ölkənin başqa bir ölkənin torpaqlarına bu qədər alçaqcasına hücumu qəbul edilə bilməz. Suriyadan Liviyaya qədər hər yerdə bənzər davranışlara yol verən Fransa problemin həllinə çalışdığını deyil, problemin bir hissəsi olduğunu sübuta yetirir. Ən son Livanda da eyni oyunu oynadı və nəticə almadı. Fransanın bu təhlükəli addımlarına beynəlxalq ictimaiyyətin laqeyd qalmayacağına ümid edirəm. Türkiyə hər zaman və hər yerdə olduğu kimi, haqlının, məzlumun yanında olan siyasətini davam etdirəcək”.(apa)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
Son xəbərlər
Bütün xəbərlər »