Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda karantin qaydalarını pozan tədris müəssisəsi aşkar edilib
Sumqayıtda karantin qaydalarını pozan tədris müəssisəsi aşkar edilib

Sumqayıt şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində Operativ Qərərgahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyektə baxış zamanı şagirlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb olunduqları məlum olub.

Görülən tədbirlər nəticəsində kursun direktoru T. Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »