Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video

Əslən Naxçıvan MR Sədərək rayonundan olan şəhid Ərtoğrul Nadirlinin tabutu yaşadığı Sədərək rayonundakı evinə gətirilərkən atası Hümbət Nadirli ona qurban kəsib.

Bu barədə özünün sosial şəbəkə hesabında əslən Naxçıvandan olan tanınmış jurnalist, ARKİ-nin mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Onun sözlərinə görə, hərbi xidmətini Daşkəsəndə davam etdirən Ərtoğrul Nadirli müharibə başlayarkən Kəlbəcər istiqamətində Murovdağın alınmasında xüsusi şücaət göstərib, eyni zamanda onlarla döyüş yoldaşını həm yaralı, həm də sağ döyüş bölgəsindən çıxarmağa nail olub. Daha sonra komandir baş leytenant şiddətli döyüş zamanı özü də qəhrəmancasına şəhid olub. Şəhid komandirin cəsədi 52 gün sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və həmin rayon ərazisindəki yüksək rütbəli hərbçilərin köməkliyi ilə tapılıb. Ərtoğrulun cəsədi çətinliklə tapıldığı üçün atası bu addımı atıb.

Qeyd edək ki, şəhidin qarşılanması zamanı Naxçıvanda böyük izdiham yaşanıb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »