Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Levon Ter-Petrosyan: "Ermənistanı vətəndaş müharibəsi gözləyir"
Levon Ter-Petrosyan

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyan və müxalifətin hökumət başçısı vəzifəsinə vahid namizədi Vazgen Manukyanı ölkəni vətəndaş müharibəsi həddinə çatdırmamağa çağırıb.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi Partiyasının mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.

Sabiq dövlət başçısı bildirib ki, N.Paşinyan və V.Manukyanın qarşıdurması erməni dövlətçiliyinin sonu olar. L.Ter-Petrosyan hesab edir ki, baş nazirlə müxalifətin hökumət başçısı vəzifəsinə namizədi arasındakı mübarizə ölkədə vətəndaş müharibəsinə səbəb olar bilər: “Təxribat nəticəsində baş verəcək bu halın qarşısını tərəflər istəsə belə, ala bilməyəcək”.

Qeyd edək ki, 17 siyasi təşkilat Nikol Paşinyanın istefasını tələb edir. Müxalifət baş nazir postuna Vazgen Manukyanı vahid namizəd göstərib.

V.Manukyan 1946-cı il fevralın 13-də anadan olub. Ermənistanın ilk baş naziri, 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri, 1988-ci ilin fevralında ermənilərin yaratdığı “Qarabağ” Komitəsinin həmtəsisçisi və əlaqələndiricisi, həmin ilin iyunundan isə “Qarabağ” Komitəsinin əlaqələndiricisi olub.(report)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »