Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraq Türkmən Cəbhəsinin sədri Azərbaycan Prezidentini təbrik edib
İlham Əliyev

İraq Türkmən Cəbhəsinin sədri Erşat Salihi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Bizimyol.info xəbər verir ki, məktubda deyilir:

"Hörməli cənab Prezident.

Otuz ilə yaxın işğal altında olan Qarabağ bölgəsini azad etmək məqsədilə qəhrəman Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatının uğurla aparılmasının şahidi olduq.

Sizin həm siyasi və diplomatik müstəvidə apardığınız uğurlu danışıqlar, həm də rəhbərliyinizlə Ordunuzun döyüş meydanında nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində Ermənistanın təslim olması, Azərbaycanın beynəlxalq hüquq normalarının pozulması nəticəsində işğal olunmuş torpaqlarının azad edilməsi tarixi bir zəfərdir.

Noyabrın 10-da imzalanan Bəyanatın bölgəyə və bütün Qafqaza sülh və əmin-amanlıq gətirməsini arzu edirəm. Eyni zamanda, xüsusilə son 25 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı qardaşlarımızın öz torpaqlarına qayıtması və onların evlərinin tez bir zamanda bərpa edilməsi diləyimizdir.

Hörmətli cənab Prezident, Sizi və Sizin şəxsinizdə bütün azərbaycanlı qardaşlarımızı bu şanlı Zəfər münasibətilə türkmən milləti, İraq Türkmən Cəbhəsi adından və şəxsən öz adımdan təbrik edirəm".

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "SMS" icazə ləğv olunur
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
Son xəbərlər
Bütün xəbərlər »