Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video

Sosial şəbəkələrdə Azərbaycan-Ermənistan dövlət sərhədində iki ölkə hərbçilərinin müşahidə postlarının harada yerləşəcəyini razılaşdırmaq üçün baş tutmuş görüşünün kadrları yayılıb.

Virtualaz.org xəbər verir ki, Kəlbəcər istiqamətində baş tutduğu təxmin edilən həmin görüşdə erməni komandir təmiz Azərbaycan dilində tərəflərin müşahidə postlarının necə yerləşdirilməsi barədə təklifini çatdırır. Deyir ki, tərəflər öz ərazisində müşahidə postlarını istədikləri yerdə qoya bilərlər. Sonda erməni komandir Azərbaycan zabitinin əlini sıxır, ona “qardaş” deyə müraciət edir, sağollaşır və məsələni müzakirə etmək üçün “sabah görüşərik” deyib uzaqlaşır...

Həmin kadrları təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »