Qusarda avtomobilin yanması ilə nəticələnən yol qəzası baş verib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Atlıxan kəndində “Lexus” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.