Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AB və Britaniya "Brexit" məsələsində razılığa gələ bilməyib
Britaniya

Avropa Birliyi və Böyük Britaniyadan olan nümayəndələr Birləşmiş Krallığın təşkilətdan çıxmasından (Brexit) sonra sərbəst ticarət barədə razılığa gələ bilməyiblər. Məsləhətləşmələr dayandırılıb, bundan sonra atılacaq addımlara dair qərar Britaniyanın Baş naziri və Avropa Komissiyasının rəhbəri tərəfindən veriləcək.

Bu barədə AB-nin “Brexit” üzrə əsas müzakirəçisi Mişel Barnye “Twitter” səhifəsində qeyd edib.

“Bir həftə davam edən intensiv məsləhətləşmələrdən sonra britaniyalı nümayəndə Devid Frostla razılığa gəldik ki, balıqçılıq, dövlət idarəetməsi və ticarət qaydaları ilə bağlı ciddi fikir ayrılıqları olduğundan müqavilənin şərtləri yerinə yetirilməyib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Britaniyanın Baş naziri Boris Conson vəziyyəti şənbə günü günortadan sonra müzakirə edəcək”, - Barnyenin paylaşımında belə deyilir.(apa)

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Son xəbərlər
Bütün xəbərlər »