Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan müharibədə məğlubiyyətə görə 47 faiz reytinq itirib
Paşinyan müharibədə məğlubiyyətə görə 47 faiz reytinq itirib

Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi çox azalıb. Müharibədə məğlubiyyət açıq-aşkar özünü göstərib.

Bizimyol.info xəbər verir ki, indi Ermənistan əhalisinin 45 faizi Paşinyanın istefasını istəyir. “Gallup International association” təşkilatının erməni nümayəndəsi Aram Navasardyan bu haqda məlumat verib. Onun sözlərinə görə, 25 noyabr-2 dekabr aralığında Ermənistanın bütün şəhərlərini əhatə edən sorğu keçirilib. Fikri soruşulanların yalnız 38 faizi Paşinyanı dəstəklədiyini deyib. Halbuki iyulda 85 faizdən söhbət gedirdi.

Respondentlərin 56 faizi məğlubiyyətdən sonra özünü Ermənistanda təhlükəsizlikdə hiss etmədiyini bildirib.

Fikrini deyənlərin 32 faizi prezident idarəetmə üsuluna keçilməsini vacib saydığını ifadə edib.

Son xəbərlər
Bütün xəbərlər »