Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”

Ermənistanın yeni Xarici işlər naziri Ara Ayvazyan jurnalistlərlə bir o qədər ümumi dil tapa bilmir.

O, son mətbuat konfransında rəsmi bəyanatı kağızdan sözbəsöz oxuyub. Nazir bununla təhrifin qarşısını aldığını bildirib.

Bizimyol.info xəbər verir ki, bəyanatda nazirliyin erməni xalqının maraqlarına xidmət etdiyi, diplomatiyanın müharibədən sonra yavaş-yavaş məsuliyyəti üzərinə götürdüyü yazılıb.

“İndi üzləşdiyimiz vəziyyət qeyri-mütənasib qüvvə ilə qarşılaşdığımızla bağlıdır. Erməni diplomatiyası bir çox məsələnin həlli üçün mümkün və mümkünsüz hər şeyi etməyi öz vəzifəsi sayır. Diplomatiya sükutu sevir. Beləliklə, icazənizlə diplomatiya səssizcə işləyəcək və işimiz hər şərhdən daha bəlağətli olacaq”, - bəyanatda belə deyilir.

Bundan sonra nazir jurnalistlərin suallarına cavab verməkdən boyun qaçırıb. Ayvazyanı jurnalistlərdən birinin Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirməsi özündən çıxarıb. Nazir media nümayəndəsini indiyə qədərki açıqlamaları diqqətlə oxumamaqda qınayıb: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”

Son xəbərlər
Bütün xəbərlər »