Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada ata türk olduğuna görə uşağı əlindən aldılar
Avropada ata türk olduğuna görə uşağı əlindən aldılar

Almaniyada doğulmuş türk Avropada haqsızlıqla üzləşib.

Demirbilek Yiğit məhz türk olduğuna, bu dildə danışdığına görə İtaliya məhkəməsində keçmiş həyat yoldaşına uduzub. Uşağı atadan alıb anaya veriblər.

Bizimyol.info xəbər verir ki, Demirbilek Yiğit Türkiyə dövlətindən kömək istəyib. O, böyük ədalətsizliklə üzləşdiyini bildirib. Yiğit məhz türkcə danışmasına görə haqsızlıq gördüyünü söyləyib.

Almaniya türkü uşağın anası İlaria Alossondra Sassone ilə 2013-cü ildə tanış olub. Onda italyan qadın Florensiya Universitetinin memarlıq fakültəsində oxuyurmuş. Onlar evləniblər, övlad dünyaya gəlib. Adını Leonardo Maksimus qoyublar. Yiğit uşağın 19 aylığına qədər qayğısına tək qalıb. Amma boşananda məhkəmə 5 yaşlı Leonardo Maksimusun anası ilə qalmasına qərar verib. Məhkəmə türk ataya evdə doğma dildə danışmasını, italyan mədəniyyətini uşağa aşılamamasını irad bildirib.

Yiğit əvvəlcə oğlunu özündə saxlamağı bacarıb. Amma qadının apellyasiya şikayəti, üstəlik, məsələni ictimailəşdirməsi İtaliya vətəndaşının xeyrinə işləyib.

Son xəbərlər
Bütün xəbərlər »