Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
Ceyhun Bayramov

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovla Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, Xarici İşlər naziri Yekaterina Zaxariyeva arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
Son xəbərlər
Bütün xəbərlər »