Moskvada koronavirusa qarşı peyvəndləmə prosesinə start verilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda yazıb.
"İlk beş saat ərzində peyvəndləməyə 5 min nəfər yazılıb. Müəllimlər, həkimlər, sosial işçilər bu gün ən çox sağlamlıqlarını təhlükə altına qoyanlardır", - deyə Moskva meri qeyd edib.