Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənilər Dağlıq Qarabağın müstəqil olması və Ermənistana birləşməsi xülyasından əl çəkməyiblər” - Politoloq
“Ermənilər Dağlıq Qarabağın müstəqil olması və Ermənistana birləşməsi xülyasından əl çəkməyiblər” - Politoloq

Bir neçə ay öncə Azərbaycana qarşı 7 şərt irəli sürən Paşinyanın aqibətindən nəticə çıxarmayan Ermənistan XİN-in yeni rəhbəri Ara Ayvazyan bəzi iddialarla çıxış edib.

A.Ayvazyan ATƏT XİN başçıları şurasının iclasındakı çıxışında Qarabağ konfliktinin həlli və regional sülh üçün “4 şərt” səsləndirib.

Ermənistanın XİN başçısı nələrisə dəyişə biləcəkmi? Bu şərtlərin nə dərcədə ciddi nəticəsi ola bilər?

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı suallarımızı politoloq Turab Rzayev cavablandırıb.

Turab Rzayev Turab Rzayev

“Bəyatana imza atanda Ermənistan çətin vəziyyətdə idi. Biz artıq Xankəndinin bir neçə km-də idik. Onlar məcbur idilər ki, ya qeyri-şərtsiz təslim olsunlar, ya da qalan əsgərlərini də itirsinlər. Ermənistanla olan sərhəd bağlanmışdı. Demək olar ki, Laçın karidorunun bağlanmasına az qalmışdı. Paytaxt saydıqları, ən çox əhali yaşayan Xankəndi əlimizə keçəcəkdi və əhalisi köçkün olacaqdı. Buna görə də, onlar bu bəyanata qeyri-şərtsiz qol çəkdilər. İndi vəziyyət normallaşıb və çalışırlar müəyyən nüanslardan qaçsınlar.

Ermənistan XİN naziri danışanda təkcə statusu nəzərdə tutmur. Birinci əsas vurğunu xalqların öz müqəddaratını həll etməsini vurğulayır. Bu o deməkdir ki, Dağlıq Qarabağın müstəqil olması və daha sonra Ermənistana birləşməsi xülyasından əl çəkməyiblər. Xalqların müqəddəratı o deməkdir ki, danışıqlar və ya referendum yolu ilə hansısa nəticəyə çatmaq istəyirlər. Bu çox təhlükəli tendensiyadır. 1994-cü ildəki mövqeyə yəni, onların xalqların müqəddəratı prinsipinə, bizim isə ölkələrin ərazi bütövlüyünün toxunulmamasına qayıtmağımız deməkdir. Bunu Ara Ayvazyanın ATƏT-in nazirlər komitəsinin çıxışında deməsi də əlamətdardır. Çünki, son illər boyu bütün bu danışıqlar ATƏT-in mandatı halında həyata keçirilirdi. Biz bu mandatdan çıxdıq və bir başa özümüz həll etməyə çalışdıq. İndi Ermənistan yenidən bütün məsələni ATƏT-in mandatına qaytarmaq istəyir.

İkinci daha təhlükəli məqam isə işğal olunmuş ərazilərdən Azərbaycan əsgərinin çıxarılması və əhalinin qayıtması ilə bağlıdır. Belə ki, biz onlar üçün kifayət qədər yer saxlamışıq və erməni əhali qayıdır. Düşünürəm ki, onlar işğal olunan ərazi dedikdə Dağlıq Qarabağa daxil olan Şuşa və Hadrutu nəzərdə tuturlar. Putin daha əvvəl şərtində demişdi ki, azərbaycanlılar Şuşada yaşamağa qayıtsın amma Dağlıq Qarabağa Azərbaycan ordusu girməsin. Lakin Putin sonrakı açıqlamasında bildirmişdi ki, Paşinyan buna razı olmadı. Görünür ki, indi müharibədə uduzduqdan sonra ağıllanıblar və həmin formula qayıtmaq istəyirlər.

Bizim bəyənatda şərtlər açıqdır. Azərbaycan ordusu girdiyi heç bir ərazidən çıxmayacaq”.

Politoloq onuda qeyd edib ki, abidələrlə bağlı şərtlərə gəldikdə isə biz vandal deyilik və onsuzda o abidələri qoruyacağıq

“Bir nüansa diqqət etmək lazımdır. Bu abidələr bizim ölkəmizdədir, bizim sərvətlərimizdir və bunları hansı formada qoruyacağımız ilə bağlı heç bir dövlətdən icazə almayacağıq. Bu abidələrdə saxta erməniləşmələrə yol verilməyəcək. Biz icazə vermərik ki, min illərin abidəsinə ermənilər gəlib xaçlar çəksin”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »